Tibb

22 Avqust

Apple Watch Series 9 - Barbie temalı

Xüsusi temalı və daş-qaşlarla bəzədilmiş smartfonlar istehsal edən lüks istehsal şirkəti Caviar Barbiecore kolleksiyasında lüks smartfonlar hazırlayıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Barbiecore kolleksiyasında üç fərqli cihaz var.

iPhone 15 Pro Stilletto seriyasında 61 ədəd Swarovski kristalı olduğu halda, arxa tərəfində çəhrayı timsah dərisi istifadə olunub. Yenə arxa tərəfində 49 parlayan yaqut var. Çərçivə 24 karat qızıldan hazırlanıb.

iPhone 15 Pro Stilletto seriyası 7990 dollardan başlayır və Max modelinin qiymətləri daha da artır.

Galaxy Z Flip5/Fold5 eyni xüsusiyyətlərə malikdir, lakin Swarovski daşları yoxdur. Üst qapağın üstündə fərqli olaraq Barbie yazılıb, alt örtüyündə isə çəhrayı pompondan istifadə olunub. Galaxy Z Flip5 Glam Vibes 8560 dollar qiymətə malikdir və Z Fold5 ilə qiymət daha da yüksəlir.

Nəhayət, hələ təqdim olunmayan bir model var. Apple Watch Series 9 316L paslanmayan polad və çəhrayı qızılla bəzədilib. Bu dizaynın 1900 dollarlıq başlanğıc qiyməti var. 

Zəminə Hüseyn
Fins.az