Tibb

18 Avqust

Vivo Y77t təqdim edildi

Vivo büdcəyə uyğun Y seriyalı smartfonlar ailəsini genişləndirməyə davam edir. Çinin Vivo brendi Y77t adlı yeni modelini təqdim edib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, dizaynı və texniki xüsusiyyətləri ilə vivo Y78-ə bənzəyən cihaz, 2388 × 1080 piksel təsvir ölçülü 6,64 düymlük və 120 Hz yeniləmə sürətinə malik ekranla gəlir.

Qeyd edək ki, smartfon Dimensity 7020 çipseti ilə təchiz edilib. Bu platforma 8/12 GB RAM və 256 GB yaddaşla müşayiət olunur. Cihaz, həmçinin 44 Vt sürətli enerji doldurma dəstəyi ilə 5000 mAh batareyaya və yan tərəfə quraşdırılmış barmaq izi skanına malikdir.

Vivo Y77t artıq Çində satışdadır. Smartfonun üç fərqli rəng variantı var. Cihazın dünya bazarına çıxarılıb-çıxmayacağı barədə hələlik məlumat yoxdur. Qiymət aşağıdakı kimidir:

8/256 GB - 190 dollar
12/256 GB - 220 dollar

Zəminə Hüseyn
Fins.az