Tibb

16 Avqust

Xiaomi "Redmi Pad SE" adlı planşetini təqdim edib

Xiaomi "Redmi Pad SE" adlı planşetini təqdim etdi.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Qualcomm-un 6nm prosessoru Snapdragon 680 ilə təchiz edilmiş yeni Redmi Pad SE 8GB-a qədər RAM, 128GB-a qədər (microSD kartı ilə 1TB-a qədər artırıla bilər) ilə təchiz edilmişdir.

Planşetin ekranı 11 düymlük LCD-dir və 1920x1200 piksel təsvir ölçüsünü, 90Hz yeniləmə sürətini, 1500:1 kontrast nisbətini dəstəkləyir. 

Xiaomi Redmi Pad SE bənövşəyi, boz və yaşıl rəng seçimlərində təqdim olunur. Redmi Pad SE qiyməti; 199 avrodan başlayır. Bu qiymət 4GB RAM 128GB yaddaş üçün keçərlidir. 6GB + 128GB modelinin qiyməti 229 avrodur. 8GB + 128GB modeli də 249 avroya satışa çıxarılacaq.

Zəminə Hüseyn
Fins.az