Tibb

15 Avqust

Xiaomi Smart Band 8 Pro təqdim edilib

Xiaomi Smart Band 8 Pro adı ilə satışa çıxarılan model əvvəlki versiyanın dizaynını miras alır. 

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, ağıllı qolbaqdakı ilk diqqət çəkən detal AMOLED ekranın 1,64 düymdən 1,74 düymədək artırılmasıdır.

Panelin piksel sıxlığı 336 ppi, yeniləmə tezliyi 60 Hz və maksimum parlaqlıq 600 nit təşkil edir. Çərçivələri bir qədər incələşdirilmiş ekran Always On Display (AOD) dəstəyini də təklif edir.
Xiaomi Smart Band 8 Pro-da batareyanın ömrü 14 günə qədər artırıldı. Əvvəlki modeldə bu müddət təxminən 12 gün idi. Ağıllı bilərzik Always On Display rejimi aktiv olduqda 6 gün davam edir. Çin şirkəti fiziki göstəricilərə nəzarət etmək üçün cihaza yenilənmiş sensor daxil edib.

Xiaomi Smart Band 8 Pro-nun qiyməti 399 yuan və ya 55 dollardır. Çindən kənarda nə vaxt satışa çıxarılacağı hələ məlum deyil.

Zəminə Hüseyn
Fins.az