Tibb

15 Avqust

Telegram yeni funksiyasını bütün istifadəçilərə pulsuz təqdim edib

Populyar mesajlaşma proqramlarından biri olan Telegram böyük bir yeniləmə ilə 10 yaşını qeyd edir.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, ən çox gözlənilən xüsusiyyətlərdən biri olan Telegram Stories pulsuz olaraq təqdim edilməyə başladı.

Telegram əvvəlcə Hekayələr funksiyasını yalnız Premium abunəçilərə açdı. Şirkət 10 illik yubileyi üçün yeni funksiyanı pulsuz istifadəçilərinə təqdim etməyə başladı.

Əlavə edilmiş foto və videolara məhdud müddət ərzində baxmaq və emoji ilə cavab vermək olar. İkili kamera rejimi sayəsində həm ön, həm də arxa kameralarla eyni vaxtda çəkiliş aparmaq mümkündür. Stikerlər, yerlər, başlıqlar hekayələrə əlavə edilə bilər. İstifadəçilər öz hekayələrinə kimin baxa biləcəyini və skrinşot çəkib-çəkməməyi müəyyən edə bilərlər. 

Zəminə Hüseyn
Fins.az