Tibb

14 Avqust

Xiaomi Band 8 Pro batareyanın ömrünü açıqlayıb

Xiaomi, tezliklə təqdim edəcəyi yeni ağıllı qolbaqının təfərrüatlarını izah etməyə davam edir.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, yeni model əvvəlki nəsildən ekran ölçüsü və batareyanın ömrünə görə fərqlənəcək. 

Xiaomi Band 8 Pro-da batareya 14 günə qədər davam edəcək. Xatırladaq ki, Xiaomi Band 7 Pro bir şarjla təxminən 12 gün işləyə bilər. 

Bildirilir ki, Xiaomi Band 8 Pro-da yeni iki kanallı sensor və sağlamlıq monitorinqi alqoritmi olacaq. O, həmçinin müxtəlif rənglərdə parça, metal və silikon kəmər variantları ilə gələcək. Cihazın 60 Hz yeniləmə tezliyi təklif edən 1,74 düymlük ekran daşıyacağı məlumdur.

Xiaomi Smart Band 8 Pro avqustun 14-də təqdim olunacaq.

Zəminə Hüseyn
Fins.az