Tibb

11 Avqust

X-ə video zəng funksiyası gəlir

"X" (əvvəlki Twitter) baş direktoru Linda Yaccarino, "X"-ə video zəng funksiyalarının gəldiyini açıqladı.

"X" CEO Yaccarino müsahibəsində izah edib ki, istifadəçilər telefon nömrələrini heç kimə vermədən tezliklə platformada video zənglər edə biləcəklər.

Video zənglər "X" tərəfindən super tətbiq olmaq üçün atılan mühüm addımlardan biri kimi yerləşdirilib. Şirkət qarşıdakı dövrdə platformasında bankçılıq və ödəniş xidmətləri də təklif etməyi planlaşdırır.Bu xüsusiyyət Zoom, Microsoft Teams, Google Meet və Apple FaceTime başda olmaqla bir çox proqramda istifadə olunur.

NBCUniversal-dan ayrıldıqdan sonra iyun ayında "X" Corp-a qatılan Linda Yaccarino, Maskın məhsul dizaynı və texnologiyasına rəhbərlik etdiyi halda, onun rolunun şirkətin əməliyyatlarının idarə edilməsinə yönəldiyini söylədi. Yaccarino, Maskın məhsul dizaynına diqqət yetirdiyini, "görkəmli mühəndislər" komandasına rəhbərlik etdiyini və diqqətini yeni texnologiyaya yönəltdiyini bildirib.

Leyla Fikrətqızı
Fins.az