Tibb

11 Avqust

“WhatsApp”a video və səsli zəngləri planlaşdırma xüsusiyyəti gəlib

“WhatsApp” “Android”in beta versiyasına qrup zənglərinin planlaşdırma funksiyasını əlavə edib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki,  planlaşdırma funksiyası həm video zənglər, həm də səsli zənglər üçün işləyir.

Funksiya qrup söhbətindəki insanlara qrup söhbətini planlaşdırmağı və bu barədə qrupdakı bütün iştirakçılara bildirməyi asanlaşdıracaq.

Qeyd edək ki, sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Leyla Fikrətqızı
Fins.az