Tibb

09 Avqust

Sərt ləkələrdən maksimum müdafiə

“Faberlic” şirkətinin rəğbət qazanan məhsullarından universal ləkəçıxarıcı sprey ilə siz tam arxayınlıqla ağ və rəngli paltarlarınızdan istifadə edəcəksiniz.

Fins.az xəbər verir ki, dərindən təmizləyən formul paltarlarınızı, müxtəlif parçalarınızı, ayaqqabılarınızı uzun müddət ilk günki təmizlik və parlaqlığında saxlamağa imkan verir. Köynəklərin, pencəklərin, bluzların, şalvarların, ayaqqabıların və digər parça məhsullarında olan yağ, tər, saralma, kosmetika, qəhvə, sous, şokolad və digər belə sərt ləkələrin aradan qaldırılmasında effektiv rol oynayır. Sadəcə təzə ləkələrdə deyil, həmçinin köhnə ləkələrdə də yüksək nəticəyə malik bu sprey həm ağ, həm də rəngli parçalar üçün istifadə edilə bilər. Tərkibində ağardıcı və xlor olmadığı üçün tam təhlükəsizdir.

Bio parçalanabilən QSAM ləkəyə təsirli şəkildə nüfuz edərək yağ və digər bu əsaslı ləkələrin, glikogel efiri mürəkkəb və köhnə ləkələrin, bio parçalanabilən kompleks isə pas ləkəsinin çıxarılmasına xidmət edir. Limon turşusu ləkələrin aradan qaldırılması üçün optimal pH saxlayır. Tərkibindəki aromatik maddələr qida qoxusunu parçadan çıxarmağa kömək edir. Həmçinin universal ləkəçıxarıcı sprey zərərli mikroorqanizmlərin inkişafına mane olur.

Əgər spreydən parça məhsullarında istifadə edirsinizsə, məhsul istifadəsindən bir neçə dəqiqə sonra yumaq, ayaqqabıda isə silmək tövsiyə olunur. Sprey istehsal tarixindən 24 ay müddətinə qədər yararlıdır.

“Faberlic” şirkəti Wegros icma əsaslı onlayn alış-veriş platformasının partnyoru olduğu üçün Universal ləkəçıxarıcı spreyi bu platformadan asanlıqla əldə edə bilərsiniz!

Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

//wegros.az/az/qat%C4%B1la%C5%9Fd%C4%B1r%C4%B1lm%C4%B1%C5%9F-universal-vasit%C9%99-500-ml-30219