Tibb

08 Avqust

Facebook Messenger tezliklə SMS dəstəyini dayandıracaq

Meta çətiri altında olan Facebook Messenger tezliklə SMS dəstəyini dayandıracaq. Beləliklə, Messenger artıq əsas SMS proqramı kimi istifadə edilə bilməz.

Uzun müddətdir Meta çətiri altında və Facebook ilə əlaqəli olan Messenger, Android əməliyyat sistemində SMS tətbiqi kimi istifadə edilə bilər. İstifadəçilər Android və ya Samsung-un öz SMS proqramından istifadə etmək əvəzinə Messenger-ə üstünlük verə bilərdilər. Bununla belə, qəbul edilən yeni qərarla Facebook Messenger çox yaxında SMS dəstəyini dayandıracaq.

Fins.az xəbər verir ki, sentyabr ayından etibarən istifadəçilərə Facebook Messenger-dən SMS tətbiqi kimi istifadə etməyə imkan verən funksiya silinir.

Bu funksiya 2016-cı ildə mövcud idi, lakin 2023-cü ilin sentyabrında dayandırılacaq. Facebook-un rəsmi dəstək sənədində deyilir ki, istifadəçilər “28 sentyabr 2023-cü il tarixindən sonra tətbiqi yeniləyərkən mobil şəbəkə tərəfindən göndərilən SMS mesajlarını göndərmək və qəbul etmək üçün daha Messenger-dən istifadə edə bilməyəcəklər”.

Leyla Fikrətqızı
Fins.az