Tibb

08 Avqust

Apple-ın bazar dəyəri 3 trilyon dollardan aşağı düşüb

Apple bu yaxınlarda 3 trilyon dollarlıq bazar dəyərinə çatan ilk şirkət olub. Görünənə görə həm də Apple indi 3 trilyon dollar dəyər itirən ilk şirkətdir. Bəs bu azalmanın səbəbi nədir?

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Apple-ın bazar kapitallaşması 2,86 trilyon dollardır.

Apple-ın səhmləri üçüncü rüb üzrə mənfəət hesabatından sonra 2022-ci ilin sentyabrından bəri çox ucuzlaşıb. Firmanın cümə günü enişi 2023-cü ildəki ən pis günü və keçən ilin 29 sentyabrından bəri ən böyük itkisi oldu. Apple maliyyə ilinin son rüb hesabatında üçüncü dəfə gəlirlərinin azaldığını bildirib.

Bu səbəbdən şirkətin səhmləri son 5 gündə 7 % ucuzlaşıb. Apple həmçinin sentyabr rübündə gəlirin yenidən azalacağını gözləyir. Bu gözlənti amortizasiyaya da təsir edir.

Leyla Fikrətqızı
Fins.az