Tibb

02 Avqust

Apple Watch Series 9-un yeni rəng seçimi bəlli olub

Apple Watch Series 9 41 mm və 45 mm korpus ölçülərində olacaq. Yeni model Watch Series 8-in dizaynını saxlayacaq. 

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, paslanmayan polad korpuslu Apple Watch Series 9 modelinin qızıl, gümüş və qrafit rəng seçimlərində olacağı qeyd edilib.

Saatın çəhrayı rəng seçimi ilə Apple məhsulları arasında yer aldığını söyləyə bilərik. Ən son mövcud iPad, iPad mini, iMac və iPhone 15/15 Plus rəng seçimlərinə çəhrayı rəng daxildir. 

Apple sentyabr ayında iPhone 15 seriyası və Apple Watch Ultra 2-ci nəsil ilə birlikdə Apple Watch Series 9-u təqdim edəcək.

Zəminə Hüseyn
Fins.az