Tibb

02 Avqust

Xiaomi yeni 4K smart televizorlarını təqdim edib: 43, 50, 55 və 65 düym

Xiaomi Hindistanda yeni Smart TV X Series (2023) televizorlarını təqdim etdi.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Çin texnologiya nəhəngi yeni seriyada 43, 50, 55 və 65 düymlük dörd fərqli ölçü variantı təklif edir.

Şirkət tərəfindən buraxılan televizorlar 4K (3840×2160 piksel) təsvir ölçülü ekrana malikdir. Panel həmçinin Vivid Picture Engine, Dolby Vision, HDR 10 və MEMC dəstəyi ilə gəlir. 

Xiaomi Smart TV X Series 98% yüksək ekran-bədən nisbəti ilə çərçivəsiz dizaynla çıxıb. Televizorlar Mali-G52 GPU ilə dördnüvəli (A55) prosessorla təchiz olunub. Onu 2 GB RAM və 8/16 GB daxili yaddaş müşayiət edir.

Yeni modellərin digər xüsusiyyətlərini 3 x HDMI 2.1 (1 x eARC) portu, 2 x USB 2.0 portu və Ethernet girişi kimi sadalaya bilərik. Wi-Fi 802.11ac (2.4GHz/5GHz) və Bluetooth 5.0 simsiz əlaqə də mövcuddur.

Televizorlar Hindistanda avqustun 4-də satışa çıxarılacaq.

43 düym - 340 dollar
50 düym - 400 dollar
55 düym - 455 dollar
65 düym - 716 dollar

Zəminə Hüseyn
Fins.az