Tibb

01 Avqust

Apple AirPods üçün patent alıb

"Apple" innovativ ideyalar istehsal etməyə davam edir.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ayın əvvəlində ABŞ Patent və Əmtəə Nişanları İdarəsinə təqdim edilən ərizəyə görə, Apple kiçik elektrodları ehtiva edən yeni AirPods dizaynı üzərində işləyir.

Qulaqlıqlara beyin dalğaları kimi biosiqnalları oxumaq imkanı verəcək bu dizayn qulaqlıqların istifadəsini genişləndirə bilər.

Patent sənədlərində qulaqlıqların beyin fəaliyyəti, göz və əzələ hərəkətləri, ürək və nəbz də daxil olmaqla bir çox funksiyanı izləyə bildiyi bildirilir. Dərinin keçiriciliyində və tərləmədə dəyişikliklər də aşkar edilə bilər. Bundan əlavə, bütün bunlar üçün qulaqlığın yan tərəfinə toxunmaq kifayət edəcəkdir.

Bu həyəcan verici olsa da, AirPod-lara kiçik elektrodların yerləşdirilməsinin asan proses olmadığını söyləmək lazımdır. Bundan əlavə, iPhone istehsalçısı biosiqnalların oxunmasından əvvəl müvafiq sertifikatları almalıdır. Ona görə də qeyd etmək lazımdır ki, bu funksiya yaxın vaxtlarda mövcud olmayacaq.

Zəminə Hüseyn
Fins.az