Tibb

01 Avqust

Vivo V29 təqdim edilib

Vivo brendi Avropa bazarında yeni smartfonunu təqdim edib.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çin brendinin Vivo V29 adı ilə təqdim etdiyi model 5G dəstəyi ilə Qualcomm Snapdragon 778G prosessoruna malikdir.

Onu 8 GB operativ yaddaş (+8 GB virtual yaddaş) və 256 GB daxili yaddaş müşayiət edir.

Qeyd edək ki, cihaz 6,78 düymlük əyri ekrana malikdir. İstifadə olunan AMOLED paneli 2400 x 1080 piksel təsvir ölçüsü və 452 PPI piksel sıxlığı ilə seçilir. Bütün bunlara əlavə olaraq 120 Hz yeniləmə sürəti, 1,07 milyard rəngli ekran və HDR10 dəstəyi var.

Zəminə Hüseyn
Fins.az