Tibb

31 İyul

Honor Pad X9 təqdim edilib

Honor, yeni planşetini Pad X9-u təqdim edib.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Space Grey rəngində təqdim ediləcək Honor Pad X9 avqustun 2-dən etibarən satışa çıxarılacaq.

Planşet Qualcomm Snapdragon 685 prosessoru və Adreno 610 qrafik prosessoru ilə təchiz edilib. 7250 mAh batareyaya sahib olan cihaz 4 GB RAM və 128 GB-a qədər daxili yaddaş təklif edir.

Ekranı maksimum 400 nit parlaqlıq və 100% sRGB rəng təqdim edən Honor Pad X9 175 dollar qiyməti ilə satışa çıxarılacaq.

Zəminə Hüseyn
Fins.az