Tibb

31 İyul

WhatsApp yeni funksiyası ilə istifadəçiləri xarici nömrələrdən qoruyacaq

"WhatsApp" naməlum nömrələrdən zənglərin və mesajların tezliyi günü-gündən artır.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son yeniləmədə naməlum nömrələrdən gələn zənglər üçün avtomatik susdurma seçimi əlavə edilib.

Bununla belə, "WhatsApp" təhlükəsizliyi daha da artırmaq istəyir. Yeni təhlükəsizlik alətləri beta versiyada məhdud sayda istifadəçilər üçün aktivləşdirilib.

“WhatsApp” istifadəçiləri artıq kontaktlarında olmayan şəxs və ya biznesdən ilk dəfə mesaj aldıqda yeni ekran açacaq. “WhatsApp” yeni təhlükəsizlik alətləri ekranı ilə istifadəçilərin spam mesajları aldıqda nə edə biləcəyini göstərəcək.

Həmişə olduğu kimi, bloklamaq və ya bildirmək (hesabat) seçimi görünəcək. Bundan əlavə, "WhatsApp" profil adını, profil şəklini, naməlum nömrənin telefon nömrəsinin ölkə kodunu yoxlayacaq və istifadəçiyə çatda necə təhlükəsiz qalacağı barədə məlumat verəcək. İstifadəçi mesajı oxusa belə, oxunmuş mesaj naməlum nömrəyə bildirilməyəcək.

"WhatsApp", Android proqramında bəzi istifadəçilərə yeni təhlükəsizlik alətləri ekranını göstərməyə başladı. Bu funksiyanın bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi bəlli deyil.

Zəminə Hüseyn
Fins.az