Tibb

31 İyul

Lenovo Xiaoxin Pad Pro 12.7 təqdim edildi

Lenovo Tab P12 adlı yeni planşetini təqdim edən Lenovo, daha bir yeni planşetini təqdim etdi.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, yeni planşet olan Lenovo Xiaoxin Pad Pro 12.7 xüsusiyyətləri və qiyməti açıqlanıb.

Lenovo Xiaoxin Pad Pro 12.7 Snapdragon 870 SoC ilə təchiz edilib və iki rəng variantında mövcuddur. Tək arxa kamera quraşdırması olan cihaz Dolby Atmos dəstəyi ilə Quad JBL-lə tənzimlənmiş dinamik sisteminə malikdir. Ekranı 2944×1840 təsvir ölçülü 12,7 düymlük ekran, 144 Hz yeniləmə tezliyi və 400 nits maksimum parlaqlığa malikdir.

Lenovo Xiaoxin Pad Pro 12.7-nin qiyməti, 8GB + 128GB versiyası 223 dollara, 8GB + 256GB versiyası isə 251 dollar olaraq satışa çıxacaq.

Zəminə Hüseyn
Fins.az