Tibb

28 İyul

“WhatsApp”da yeni funksiya

"WhatsApp", səsli mesajlar xüsusiyyətinə bənzəyən video mesajlar xüsusiyyətini elan edib.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, bu funksiya ilə 60 saniyəlik videolar çəkərək digər istifadəçilərə mesaj göndərə biləcəyik.

Bildirilib ki, video mesajlar funksiyası hazırda tədricən yayılır və yaxın həftələrdə hər kəs üçün əlçatan olacaq.

Digər tərəfdən, şirkət video mesaj göndərməyin səsli mesaj göndərmək qədər sadə olduğunu vurğulayıb.

Qeyd edilib ki, istifadəçi videomesaj göndərmək istədikdə video rejiminə keçib saxla düyməsini basıb saxlamaq lazımdır. Çatda açılan videoların avtomatik olaraq səssiz oynayacağı, lakin toxunanda səsin açılacağı da bildirilib.

Zəminə Hüseyn
Fins.az