Tibb

27 İyul

Twitter Android proqramı "X" olaraq yeniləndi

Twitter mobil proqramdakı simvolik mavi sərçə loqosunu silib və tətbiqi yeni X loqosu ilə yeniləyib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, dəyişiklik ilk olaraq Android proqramında həyata keçirilib. Twitter iOS proqramı da tezliklə yenilənəcək.

Sonuncu dəfə 2021-ci ilin may ayında yenilənən Twitter Lite proqramı hələ də Twitter brendi altındadır. İnternetdə @Twitter ilə əlaqəli bütün hesablar @X istifadəçi adı olaraq çıxır.

Zəminə Hüseyn
Fins.az