Tibb

27 İyul

M3 prosessorlu Mac kompüterləri tezliklə təqdim oluna bilər

Apple-ın tezliklə yeni M3 prosessorunu təqdim edəcəyi gözlənilir.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, M3 yeni istehsal prosesindən keçdiyi üçün onun M2 çipi ilə müqayisədə performans və səmərəlilik baxımından xeyli üstün olacağı gözlənilir.

M3 prosessorunda ən böyük dəyişiklik onun 3 nanometrlik istehsal prosesindən istifadə edilərək istehsal olunmasıdır. Cari Mac və iPhone modellərindəki prosessor 5 nanometrlik istehsal prosesinə əsaslanır. İstehsal ölçüsünü 5nm-dən 3nm-ə endirmək böyük bir dəyişiklik olacaq. Bu, daha yüksək nüvə sıxlığı və hər nüvənin artan performansı və səmərəliliyi deməkdir.

TSMC tərəfindən istehsal edilən ilk 3nm prosessorla yenilənəcək Mac-ların oktyabr ayında buraxılması gözlənilir.

Zəminə Hüseyn
Fins.az