Tibb

26 İyul

"ChatGPT"nin rəsmi Android versiyası istifadəyə verildi

OpenAI may ayında ChatGPT-nin iOS versiyasını buraxdı.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, ChatGPT-nin rəsmi Android tətbiqi Google Play Store-da yerini aldı. Süni intellekt proqramı artıq 100.000 yüklənməni ötüb.

Android üçün ChatGPT proqramı ilk dəfə ABŞ, Hindistan, Banqladeş və Braziliyada istifadəyə verilib. OpenAI-nin bəyanatına görə, bir neçə həftədən sonra digər ölkələrdə yükləmək mümkün olacaq. Öncədən qeydiyyat artıq mövcuddur. 

Zəminə Hüseyn
Fins.az