Tibb

26 İyul

Apple ayaqqabıları hərraca çıxarılıb

ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətinin 1990-cı illərdə işçiləri üçün hazırladığı “Apple” markalı idman ayaqqabıları hərraca çıxarılıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Nyu-Yorkda yerləşən Sotheby's Hərrac Evi 50 min dollara bir cüt idman ayaqqabısı təklif edib.

Hərrac Evi Apple-ın göy qurşağı rəngli köhnə loqosu olan ağ dəri ayaqqabıların heç istifadə edilmədiyini, lakin bəzi hissələrinin saraldığını açıqlayıb.

Satışa çıxarılan “Apple” markalı ayaqqabıların 41 nömrə olduğu qeydə alınıb.

Apple-ın birinci nəsil smartfonu fevral ayında onlayn hərracda 63 min dollara satılıb.

2021-ci ildə şirkətin qurucuları Stiv Voznyak və Stiv Cobsun 1976-cı ildə istehsal etdiyi orijinal Apple kompüteri ABŞ-da keçirilən hərracda 400 min dollara alıcı tapıb.

Zəminə Hüseyn
Fins.az