Tibb

25 İyul

Lenovo Legion Y700 (2023) gaming planşeti təqdim edilib

Lenovo şirkəti özünün Legion brendi altında yeni gaming planşetini təqdim edib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Lenovo Legion Y700 (2023) adlı planşet yüksək təsvir yenilənməsinə sahib ekranı və performanslı prosessoru ilə fərqlənir.

Beləliklə Lenovo Legion Y700 (2023) planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 8.8 düym IPS ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir.

O artıq Çin bazarında satışa çıxıb. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir. Onun Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimidir.

- 12 GB RAM + 256 GB yaddaş - 333$

- 12 GB RAM + 512 GB yaddaş - 361$

- 16 GB RAM + 512 GB yaddaş - 389$.

Zəminə Hüseyn
Fins.az