Tibb

24 İyul

Yeni MatePad planşeti təqdim edilib

Huawei şirkəti MatePad 11.5 (2023) adlı yeni planşetini təqdim edib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, yeni planşet özündə performanslı prosessoru, böyük həcmli batareyanı, keyfiyyətli ekranı və stereo səsgücləndiriciləri birləşdirir.

Beləliklə Huawei MatePad 11.5 (2023) planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2200x1440 piksel keyfiyyətli 11.5 düym IPS ekranla təchiz olunub. Planşet Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 6/8 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini və 20 vatt gücündə sürətli şarj texnologiyalı 7700 mAh enerji tutumlu batareyanı birləşdirir.

Planşetin Çin bazarındakı satış qiymətləri aşağıdakı kimidir.

- 6 GB RAM + 128 GB yaddaş - 236$

- 8 GB RAM + 256 GB yaddaş - 264$.