Tibb

24 İyul

Huawei Watch Fit Special Edition təqdim edildi

Çinin texnologiya nəhəngi Huawei qlobal bazar üçün yeni ağıllı saatını təqdim edib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, “Huawei Watch Fit Special Edition” adlı model 456×280 piksel təsvir ölçülü 1,64 düymlük AMOLED displey və həmişə açıq ekran (AOD) dəstəyi daşıyır.

Smart qolbağın ekranı 10 000-dən çox virtual siferblatı və Always-on-Display funksiyasını dəstəkləyir. Smart qolbaqda TrueSleep 3.0 və TruSeen 5.0 adlı texnologiyaların dəstəkləri reallaşdırılıb. 

Cihaz daxil olan zənglər haqqında məlumat verə, həmçinin mətn mesajlarına cavab verməyə imkan verə bilər. Huawei-nin sözlərinə görə, cihazdakı batareya normal istifadə zamanı 6 gün davam edir. Qənaət rejimində o, 9 günə qədər batareyanın ömrünü təmin edə bilər.

Zəminə Hüseyn
Fins.az