Tibb

21 İyul

Samsung şirkəti daha bir Galaxy Watch 6 modelini təqdim etməyə hazırlaşır

Samsung qarşıdan gələn "Unpacked" tədbirində Galaxy Watch 6 da daxil olmaqla bir çox yeni cihazları təqdim etməyə hazırlaşır.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Galaxy Watch 6-nın əsas modeli iki ölçüdə təklif olunacaq: 40 mm (1,31 düymlük AMOLED displey, 432x432) və 44 mm (1,47 düymlük AMOLED displey, 480x480).

Ağıllı saatın boz, qızılı və gümüşü rəng seçimlərində olacağı bildirilir. 

Zəminə Hüseyn
Fins.az