Tibb

20 İyul

Google xəbər hazırlayacaq süni intellekt texnologiyasını sınaqdan keçirir

Google xəbər hazırlayacaq süni intellekt texnologiyasını sınaqdan keçirir.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Genesis" adlı bu yeni süni intellekt texnologiyası jurnalistlərin işini asanlaşdırmaq üçün hazırlanıb.

Süni intellekt texnologiyası ABŞ-nin aparıcı qəzetlərindən olan "The New York Times", "The Washington Post" və "The Wall Street Journal"ın sahibi olan "News Corp"un rəhbərlərinə təqdim olunub.

Google jurnalistlər üçün "fərdi assistent" kimi nəzərdə tutulan bu texnologiya sayəsində jurnalistlərin daha mühüm xəbərlər yazmaq üçün vaxt qazana biləcəklərini hesab edir. Belə ki, "Genesis" ona təqdim olunan istənilən məlumatdan, o cümlədən cari hadisələrdən xəbər mətnləri hazırlaya bilir.

Zəminə Hüseyn
Fins.az