Tibb

20 İyul

Beats Studio Pro adlı yeni naqilsiz qulaqlıq satışa çıxarılıb

Apple şirkətinin tərkibinə daxil olan Beats brendi Studio Pro adlı yeni naqilsiz qulaqlığını satışa çıxarıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Beats Studio Pro tanınan dizayna və səsin keyfiyyəti baxımından yeni imkanlara sahibdir.

Beləliklə Beats Studio Pro 40 mm-lik audio drayverlərlə təchiz olunub və özündə personallaşdırılmış həcmli səslənmə funksiyasını birləşdirir. 

Yeni mikrofonlarla təchiz olunub və həmin mikrofonlar ətraf səs-küyün aktiv boğulması alqoritmlərinin keyfiyyətli şəkildə çalışmalarını təmin edirlər. Smartfona və ya digər cihaza qoşulmaq üçün naqilsiz qulaqlıq özündə Bluetooth 5.3 texnologiyasını, USB Type-C və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir.