Lenovo şirkəti Legion brendi altında yeni Legion Y34w gaming monitorunu təqdim edib.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən monitor 165 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym mini-LED ekran ilə təchiz olunub.
Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Bununla yanaşı ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir, DisplayHDR1000 sertifikatını özündə birləşdirir və AMD Freesync Premium Pro texnologiyası ilə 10 bit-lik rəngi dəstəkləyir.
Legion Y34w bir neçə USB Type-C girişinə, HDMI 2.1 və DisplayPort 1.4 girişlərinə sahibdir. Monitor iyulun 29-da Çin bazarında satışa çıxacaq və 420$-a satılacaq. Onun digər regionlarda satılıb-satılmayacağı hələ məlum deyil.