Tibb

19 İyul

Samsung ViewFinity S9 artıq satışa çıxıb

Samsung şirkəti ViewFinity S9 adlı professional monitoru təqdim edib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Samsung-un yeni monitoru metal gövdədən hazırlanmış gövdəyə sahibdir və 60 Hz-lik təsvir yenilənməsinə sahib 5120x2880 piksel keyfiyyətli 27 düym IPS ekran ilə təchiz olunub.

Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. O, DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitorun yuxarı hissəsində veb kamera da yerləşdirilib. Şirkət üstəlik monitora səsgücləndiricilər də quraşdırıb.

Samsung ViewFinity S9 artıq satışa çıxıb və 1600$ qiymətində satılır.