Xiaomi şirkəti aprel ayında Xiaomi Pad 6 və Pad 6 Pro planşetlərini təqdim etmişdi.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət Pad 6 Max adlı yeni planşetinin təqdimatına hazırlaşır.
Sözügedən yeni planşet artıq Çinin 3C adlı sertifikatlaşdırma mərkəzində sertifikatlaşdırmadan keçib.
Xiaomi Pad 6 Max planşeti 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək.