"Meta"nın "Twitter" ilə rəqabət aparan yeni sosial media platforması "Threads"ə qeydiyyatdan keçənlərin sayı 5 gündən az bir müddətdə 100 milyona çatıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iyulun 5-dən etibarən 100 ölkədə App Store və Google Play Store-da istifadəyə verilməyə başlayan "Threads" qısa müddətdə rekord istifadəçi səviyyəsinə çatıb.
"Threads" "Open AI"-nin "Chat GPT" tətbiqi ilə qırılan rekordun yeni sahibi oldu.
Zəminə Hüseyn
Fins.az