Meta şirkətinin baş direktoru Mark Zukerberq Threads hesabından platformaya qoşulan insanların sayı ilə bağlı son məlumatları paylaşıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Threads-in bu günədək abunəçi sayı 70 milyona çatıb.
Bildirilib ki, Threads istifadəçilərinin sayının sürətlə artması istifadəçilərin Instagram hesabları vasitəsilə platformaya daxil ola bilməsi baxımından müsbət təsirli olub.
Zəminə Hüseyn
Fins.az