Avstraliyanın Sidney şəhərində yerləşən ofis avadanlıqları şirkəti Facilitate Corporation sosial media platforması Twitter-ə qarşı 1 milyon dollardan çox borcunu ödəmədiyini iddia edərək məhkəməyə müraciət edib.
Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Facilitate Corporation adlı şirkət İlon Maskın 2022-ci ilin oktyabrında Twitter-i satın aldıqdan sonra bir çox müqaviləni ləğv etdiyini və borclarını ödəmədiyini iddia edib.
2015-ci ildən bəri Twitter-in ABŞ-dan kənar ofislərinin aparat ehtiyaclarını qarşılayan şirkət, 2022-ci ildə və 2023-cü ilin əvvəlində Twitter-in London, Dublin və Sinqapur ofislərinə 1 milyon dollardan çox dəyərində texniki dəstək verdiyini və hesabların bu müddət ərzində ödəniləcəyini açıqladı. müqavilə 60 gün ərzində ödənilməmişdir.
Leyla Fikrətqızı
Fins.az