Google, Kanadadakı xidmətlərindən media orqanlarından xəbər bağlantılarını siləcəyini açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Kanada hökuməti Google və Meta-nı media orqanlarına platformalarında paylaşdıqları xəbərlər üçün ödəniş etməyə məcbur edən C-18 qanununu qəbul etdikdən sonra dünyanın ən böyük axtarış sistemlərindən biri olan Google, Kanadadakı xidmətlərində xəbər bağlantılarını dərc etməmək qərarına gəlib.
Belə ki, Google-un Qlobal Məsələlər üzrə rəhbəri Kent Uolker, media orqanlarına təzminat ödəməyə yönəlmiş qanunun qüvvəyə minməsindən sonra Kanadada xəbər məzmunu axtarışı, araşdırma və kəşf məhsullarından xəbər bağlantılarını siləcəyini açıqlayıb.
Leyla Fikrətqızı
Fins.az