ABŞ-ın texnologiya şirkəti Apple, 2014-cü ildən bəri ilk yeni əsas məhsul seriyası olan "Vision Pro" başlığını təqdim edib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, məhsulun gələn ilin əvvəlində ABŞ-da "apple.com" və Apple Store mağazalarında 3499 dollardan başlayan qiymətlərlə satışa çıxarılacağı bildirilib.
Qeyd edək ki, "Facebook", "Instagram" və "WhatsApp"ın sahibi Meta ötən həftə yeni virtual reallıq eynəkləri Quest3-ü də təqdim edib. Məhsulun qiyməti 499 dollar olaraq açıqlanıb.
Zəminə Hüseyn
Fins.az