Tibb

24 May

Intel 1 trilyon parametrli süni intellekt modelini elan etdi

ABŞ-ın Silikon Vadisində yerləşən "Intel" texnologiya şirkəti 1 trilyon parametrli "Aurora genAI" süni intellektin yeni modelini təqdim edib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Aurora genAI" modeli ümumi mətn, elmi mətnlər, elmi məlumatlar və domenlə əlaqəli kodlar üzrə təlim keçəcək. 

"ChatGPT"nin pulsuz və ictimai versiyaları üçün hədəf ölçüsünün cəmi 175 milyard olduğunu xatırlasaq, "Intel"in süni intellekt "Aurora genAI" 1 trilyon parametrlə böyük fərq yaradacaq.