Tibb

26 Aprel

Microsoft və Alphabet gəlirlərini artırıb

Yanvar-mart dövründə ABŞ-ın texnologiya şirkətləri "Microsoft" və "Google"un ana şirkəti "Alphabet"in gəlirləri artıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Microsoft", gəlirləri yanvar-mart dövründə keçən ilə müqayisədə 7 % artaraq 52,9 milyard dollara,  "Alphabet"in gəliri isə 3 % artaraq 69,8 milyard dollara çatıb.

"Microsoft" xalis mənfəəti eyni dövrdə 9 % artaraq 18,3 milyard dollara çatıb. "Alphabet"in isə xalis mənfəəti isə 8 % azalaraq 15,1 milyard dollar olub.