Tibb

20 Aprel

Azərbaycanda “KENWOOD KMX750WH KM” mətbəx robotu neçəyə satılır? - SİYAHI - FOTO

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında (onlayn mağazalar daxil) “KENWOOD KMX750WH KM” mətbəx robotu müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “KENWOOD KMX750WH KM” mətbəx robotunun aprelin 20-nə təyin olan nəğd satış qiymətləri arasında ucuz “Maxi”, baha isə “Baku Electronics” və “İrşad Electronics” mağazalar şəbəkəsindən əldə etmək olar.

Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 200.09 manat təşkil edir.

“KENWOOD KMX750WH KM” mətbəx robotu ümumi xüsusiyyətlərinə görə idarəetmə növü həm mexaniki, həm də elektron olmaqla yanaşı, gücü 1000 Vt, sürət sayı 6, ölçüləri 38.5x24x35.5 sm, o cümlədən şirniyyatların bişməsində vacib olan, ingrediyentləri əlavə edərkən havanı saxlanması üçün unikal əyilmə funksiyası: bərabər qarışdırma zamanı kasaya 2.5 dövr etmək imkanı, yavaş qarışdırma funksiyası, sürətin elektron idarəetməsi, “Fold” funksiyası, funksionallığın genişləndirməsi üçün 20 əlavə aksesuarların alma imkanına malikdir.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

“Maxi”
Nəğd qiyməti: 659.90AZN

“Texnomart”
Nəğd qiyməti: 789 AZN

“Baku Electronics”
Nəğd qiyməti: 859.99 AZN

“İrşad Electronics”
Nəğd qiyməti: 859.99 AZN

Fuad Mədətov
Fins.az