Tibb

19 Aprel

Apple kart istifadəçilərinə yeni fürsət təqdim edib

ABŞ-ın texnologiya şirkəti "Apple", kart istifadəçilərinə "Goldman Sachs" bankı ilə birgə əmanət depoziti hesabı açmaq fürsəti təqdim edib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, təklif edilən yeni xidmət çərçivəsində müştərilərin 4,15 % gəliri əldə edə biləcəyi bildirilib.

Həmçinin bildirilib ki, istifadəçilər minimum depozit və ödəniş tələbi olmadan öz əmanət depozit hesablarını birbaşa “Apple Wallet” proqramında asanlıqla qura və idarə edə, proqram vasitəsilə hesab qalıqlarını və qazandıqları faizləri asanlıqla izləyə bilərlər.

Zəminə Hüseyn
Fins.az