Tibb

19 Aprel

Netflix-in abunəçilərinin sayı artıb, mənfəəti azalıb

"Netflix" bu ilin birinci rübü üçün balans hesabatını açıqlayıb.

Fins.az xəbər verir ki, qlobal internet televiziya şəbəkəsi "Netflix"in abunəçi bazası 2023-cü ilin birinci rübündə təqribən 1,8 milyon nəfər artıb, eyni dövrdə gəlir 3,53 dollardan 2,88 dollara düşüb.

İlin ilk rübündə şirkətin gəliri keçən ilin eyni dövrünə görə 3,7% artaraq 8,2 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin gəliri 7,9 milyard dollar olub.

Zəminə Hüseyn
Fins.az