Tibb

18 Aprel

Sega, "Rovio"nu satın alır

"Sega", "Angry Birds" istehsalçısı olan "Rovio"nu satın alır.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki,  Yaponiyanın oyun nəhəngi "Sega", Finlandiyanın "Rovio"nu 775 milyon dollara satın alır.

Bu satınalma ilə "Sega", özünün mövcud oyunlarının inkişafını sürətləndirməyi və 2026-cı ilə qədər 263 milyard dollara çatacağı gözlənilən oyun bazarında daha böyük pay almağı hədəfləyir. 

Zəminə Hüseyn
Fins.az