Tibb

14 Aprel

Apple 2025-ci ilə qədər bütün batareyalarda təkrar emal edilmiş kobaltdan istifadə edəcək

ABŞ-ın texnologiya şirkəti "Apple" 2025-ci ilə qədər batareyalarda 100 % təkrar emal edilmiş kobaltdan istifadə edəcəyini açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, açıqlamada 100 % təkrar emal edilmiş lehimləmə qalayından və 100% təkrar emal edilmiş qızıl örtükdən istifadə ediləcəyi qeyd edilib.

"Apple" tərəfindən edilən açıqlamada, məhsullarda təkrar emal edilmiş materialların istifadəsini genişləndirmək səylərində böyük bir sürətlənmə olduğu bildirilib.

Zəminə Hüseyn
Fins.az