Tibb

06 Aprel

"Instagram"a yeni funksiya gələcək

"Instagram", dostlarınızla eyni ana səhifədən istifadə edə biləcəyiniz bir funksiya gətirməyi planlaşdırır.

Fins.az "Habertürk"ə istinadən xəbər verir ki, şirkət bu yeni funksiya ilə istifadəçilərin axınlarını inteqrasiya edəcək.

İstifadəçilər funksiyanı aktivləşdirdikdə, hər iki tərəfin izlədiyi hesabların məzmunu axtarış bölməsində görünəcək. 

Birgə yayım funksiyasının istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələlik bəlli deyil.

Zəminə Hüseyn
Fins.az