Tibb

06 Aprel

"Windows" üçün "Nearby Share Beta" versiyası buraxılıb

"Google", "Windows PC" platforması üçün "Android Nearby Share" proqramının beta versiyasını buraxıb.

Fins.az "CNN"-ə istinadən xəbər verir ki, bu proqram istifadəçilərə öz cihazları arasında faylları tez bir zamanda paylaşmaq üçün "Windows"-a təqdim edilib.

Axtarış motoru nəhəngi ilk dəfə 2020-ci ildə daha asan və daha sürətli fayl paylaşımı üçün "Nearby Share" proqramını işə salıb və indi onu  "Windows PC" platformasına genişləndirir.

"Google"-a görə, təxminən 3 milyard aktiv Android telefonları, planşetləri və "Chromebook"-lar arasında faylları cəld göndərmək və qəbul etmək üçün "Nearby Share"-dən istifadə edə bilər.

İndi yeni "Nearby Share Beta" istifadəçilərə "Windows" kompüterlərindən faylları göndərmək və qəbul etmək imkanı verir. Bu yeni versiya ilə yaxınlıqdakı bütün Android cihazlarının siyahısı göstəriləcək və istifadəçilər faylları ötürmək istədikləri cihazı seçə biləcəklər.

Zəminə Hüseyn
Fins.az