Tibb

05 Aprel

Süni intellektin inkişafına investisiya qoyuluşu ilk dəfə dayanıb

Süni intellekt texnologiyalarının inkişafına özəl investisiya qoyuluşu son 10 ildə ilk dəfə dayanıb.

Fins.az.az xəbər verir ki, bu barədə Stenford Universitetinin "Süni İntellekt İndeksi 2023" hesabatında qeyd olunub.

Ötən il süni intellektə 91,9 milyard dollar sərmayə qoyulub ki, bu da 2021-ci illə (125,4 milyard dollar) müqayisədə 26,7% azdır. Bu göstərici üzrə lider ölkələr 47,4 milyard dollar investisiya ilə ABŞ, 13,4 milyard dollarla Çin olub.

Avropa İttifaqı ölkələri və Böyük Britaniya süni intellektə ümumilikdə 11 milyard dollara yaxın sərmayə qoyublar.