Amazon-un davam edən ixtisarlarına şirkətin oyun istehsalı ilə birbaşa məşğul olanlar da daxildir.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, şirkət "Prime Gaming", "Game Growth" və "Amazon Games"-in San Dieqo studiyasının daxil olduğu oyun bölmələrində 100-dən çox işçini ixtisar etdiyini elan edib.
Texnologiya nəhəngi şirkət miqyasında xərcləri azaltmağın yollarını axtarır.
Zəminə Hüseyn
Fins.az