Sosial şəbəkə olan "Twitter"in loqosu dəyişib.
Fins.az CNN-ə istinadən xəbər verir ki, "Twitter"in sahibi İlon Mask ənənəvi sərçə loqosunu "Dogecoin"lə (kriptovaluyta) dəyişib.
"Dogecoin" kriptovalyutasında it təsviri yer alıb.Digər tərəfdən kriptovalyuta birjalarında Dogecoin qiymətində 20% artım olduğu iddia edilir.
Twitter-də mavi sərçə loqosunun dəyişdirilməsinin səbəbi hələ bilinməsə də, köhnə loqonun gəlib-gəlməyəcəyi ilə bağlı açıqlamalar təqib edilir.
Zəminə Hüseyn
Fins.az