Tibb

29 Mart

“Apple” şirkəti “Apple Pay Later” ödəniş xidmətini istifadəyə verib

Texnologiya şirkəti "Apple", "Apple Pay Later" ödəmə xidmətini ABŞ-da istifadəyə verdiklərini açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,  "Apple Pay Later" hazırda yalnız ABŞ-da mövcuddur.

Xidmət istifadəçilərinə alış-verişlərini 4 taksitlə sıfır faizlə və əlavə komissiyasız ödəmə imkanı təqdim edir. "Apple Pay"-in vitse-prezidenti Cennifer Bailey, "Apple Pay Later istifadəçilərimizin maliyyəsi nəzərə alınmaqla hazırlanıb. Ona görə də heç bir əlavə ödəniş və faiz yoxdur” deyib.

Əlavə edək ki, "Apple Pay Later" ilə heç bir komissiya tutulmur. "Apple Pay Later" ilə ediləcək bütün ödəniş detalları "Apple Wallet" tətbiqi vasitəsilə izlənilə bilər. "Apple" ödəniş vaxtı çatmamış istifadəçilərə "Wallet" proqramı və ya e-poçt vasitəsilə məlumat veriləcəyini açıqlayıb. Eyni zamanda, bu xidmətdə yalnız bank kartlarından istifadə etmək olar.

Zəminə Hüseyn
Fins.az